AZ

​“Peterburq manyakı” müharibədən qaçıb 25 il həbsə məhkum edilmişdi FOTO

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna müharibəsində yaralanandan sonra ordudan qaçan Andrey Kiyko axtarışa verilib. 

“AzPolitika” xəbər verir ki. bu barədə “Fontanka” məlumat yayıb.

Sankt-Peterburqun Sosnovski Meşə Parkında seriya qətllər törətmiş Kiyko "Sosnovski manyakı" kimi tanınıb. O öz qurbanlarını boğaraq qətlə yetirib. Kiykonun 15 qurbanından 12-si sağ qalıb. Bu şəxs qadınlara hücum və təcavüz etdiyinə görə 25 il azadlıqdan məhrum edilib. Lakin Ukraynaya qarşı işğalçılıq müharibəsinə qoşulduğu üçün həbsdən azad edilib.

Kiyko cəzasının bitməsinə yeddi il qalmış, 2024-cü ilin ortalarında həbsxana koloniyasından Ukrayna müharibəsinə qoşulub. 2025-ci ilin payızında cəbhədə yaralandıqdan sonra o, müalicə aldığı Kronştadtdakı hərbi hospitaldan qaçıb. Lakin Müdafiə Nazirliyi 41 yaşlı Kiykonun axtarışına yalnız 2026-cı ilin may ayında başlayıb. Bundan əvvəl onun qaçışı gizlədilib.

Andrey Kiyko hələ 19 yaşında qadınlara hücum etməyə başlayıb. İstintaq müəyyən edib ki, o, 2004-2007-ci illər arasında üç qətl, səkkiz təcavüz və 11 soyğunçuluq törədib. 2005-ci ildə Kiyko ruhi sağlamlıq problemləri səbəbindən hərbi xidmətə yararsız elan edilib.

Qanuna görə, ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslər müharibədə döyüşmək üçün Müdafiə Nazirliyi ilə müqavilə imzalaya bilməzlər. Buna baxmayaraq, qatillərin və manyakların cəbhəyə göndərilməsi davam edir. 2025-ci ildə Maqnitoqorsk manyakı Aleksandr Yeqorov da bu yolla həbsdən qaçıb.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
azpolitika.info

1Mənbələr