Bu gün növbəti mövsüm üçün Azərbaycan 1-ci liqasına vəsiqə qazanan son komanda məlum olub.
QOL.az xəbər verir ki, pley-off oyununda "Şimal" "Qaradağ Lökbatan"la qarşılaşıb. Şamaxı şəhər stadionunda təşkil olunan matçdan "Şimal" klubu qalib ayrılıb.
Oyunda VAR sistemi də tətbiq edilib.
27 may (çərşənbə)
"Şimal" - "Qaradağ Lökbatan" - 2:1
Qollar: R.Şahmuradov, 75 (0:1), R.Hümbətov, 85 (1:1), R.Abasov, 90+3 (2:1)
Qeyd edək ki, 2025/26 mövsümündə "Şimal" 1-ci liqada 9-cu, "Qaradağ Lökbatan" isə 2-ci liqada 2-ci yeri tutub.