Ayna saytına istinadən ain.az xəbər verir.
““İbrahim sazişləri” bütün tərəflərə əhəmiyyətli iqtisadi fayda gətirdi”
“Vaşinqton “İbrahim sazişləri”ni genişləndirmək istəyir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Ağ Evin mətbuat katibinin baş müavini Anna Kelli deyib.
Kellinin sözlərinə görə, Amerika rəsmiləri “İbrahim sazişləri”nin genişləndirilməsinin Tehranla razılaşmaya təbii bir əlavə olacağına inanırlar.
O bildirib ki, “"İbrahim sazişləri” bütün tərəflərə əhəmiyyətli iqtisadi fayda gətirdi və tarixi əməkdaşlığa imkan verdi. Buna görə də bu, İranla sülh razılaşmasına təbii bir əlavə olardı".
Ağ Evdəki bir mənbə öz növbəsində nəşrə bildirib ki, “İbrahim sazişləri”ni İranla razılaşmaların bağlanması ilə əlaqələndirmək sülh prosesində "hər şeyi məhv etmək" təhlükəsi yaradır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.