Klubun idarəedici şəxslərindən biri, həmçinin baş məşqçisi Ruslan Hüseynov “Football-plus.az”a bu haqda danışdı:
“Qərar çıxanda məlumatsız idik. Bizə təsir edən bu idi. Apellyasiya Arbitraj Tribunalına müraciət etdik. Bəzi sənədlər hazır deyildi. Bizim kimi klublarda idarə heyəti məhdud olur. Fikrimiz tam nəticənin yanında idi, liqada qalmağa fokuslanmışdıq. Məsuliyyətsizlik deməzdim. Yerimizi qorumasaydıq, lisenziyanın əhəmiyyəti olmayacaqdı. Aidiyyatı qurumlar sağ olsun, dəstəklərini əsirgəmədilər. Fürsətdən istifadə edib, icra başçımız Orxan Hüseynzadəyə minnətdarlığımı bildirirəm. “Ağdaş”ın yaşaması üçün çox böyük kömək etdi. Lisenziyada da əməyi oldu. Üç mövsüm ərzində ən çətini bu il idi. Getdikcə ağırlaşır. Liqada qalmağı bacardıq, futbolçulara təşəkkür edirəm. Əziyyət çəkən hər kəsə minnətdaram. Bir ay ərzində futboldan uzaq qalmaq istəyirəm. Zehnimi yenidən yormaq istəmirəm. Əsəblər pik həddə idi. Bir ay istirahət edib, növbəti mövsümün planlarını quracağıq”.
MÜZƏFFƏR QULUZADƏ