AZ

Zelenski Rusiya ilə müharibənin bu ilin noyabrınadək davam edəcəyini açıqlayıb

Kiyev, 27 may, AZƏRTAC

Ukraynanın Prezidenti Volodimir Zelenski hakim "Xalqın Xidmətçisi" fraksiyası ilə görüş zamanı Rusiya ilə müharibənin bu ilin noyabr ayına qədər davam edəcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Prezidentin kommunikasiya üzrə müşaviri Dmitri Litvin bildirib.

"The Economist"in Zelenskinin guya daha 2-3 illik müharibəyə hazırlıq əmri verməsi barədə xəbərinə münasibət bildirən Litvin bunu "saxta xəbər" adlandırıb.

"Bu, saxta xəbərdir. Fraksiya ilə görüşdə Prezident noyabr ayına qədər olan dövrə diqqət yetirməli olduğumuzu söylədi, bizim bu müddətimiz var", - deyə Litvin vurğulayıb.

Qeyd edək ki, Zelenski mayın 25-də "Xalqın Xidmətçisi" fraksiyası ilə görüş keçirib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Seçilən
32
2
azertag.az

3Mənbələr