Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu gün Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə Polşanın Baş naziri Donald Tusk Londonda təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalayacaq.
Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sənəd sərhədlərin qorunması, mütəşəkkil cinayətkarlıqla mübarizə, kollektiv müdafiənin gücləndirilməsi və Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsi məsələlərini əhatə edəcək.
Kir Starmer qeyd edib ki, saziş Britaniya ilə Polşa arasında müdafiə və təhlükəsizlik münasibətlərində mühüm addımdır.
“Bu sənəd bizə müasir təhlükəsizlik təhdidlərinə qarşı daha effektiv mübarizə aparmağa imkan verəcək. Həmin təhdidlər bəzən daha az görünür, lakin heç də az təhlükəli deyil. Saziş həmçinin Avropadakı tərəfdaşlarla daha sıx əməkdaşlıq etmək, təhlükəsizliyi gücləndirmək, vətəndaşlarımız üçün yeni imkanlar yaratmaq və sabitliyi təmin etmək istiqamətində öhdəliyimi təsdiqləyir”, – deyə Starmer bildirib.
Onun sözlərinə görə, təşəbbüs çərçivəsində birgə quru qoşunları pilotsuz uçuş aparatları, radioelektron mübarizə və mühəndis təminatı sahələrində operativ uyğunluğu artırmaq məqsədilə genişmiqyaslı təlimlər keçirəcək.
Britaniya hökuməti həmçinin bildirib ki, Starmer Donald Tusk ilə Avropada “hibrid hücumların artması” məsələsini də müzakirə etməyi planlaşdırır.
Qeyd edək ki, bundan əvvəl Kir Starmer hökuməti oxşar təhlükəsizlik sazişlərini Fransa və Almaniya ilə də imzalayıb. Sazişdə Rusiya əsas təhdid olaraq göstərilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.