AZ

​Arda Güler dünya cempionatında oynamayacaq?

"Real Madrid"in türkiyəli ulduzu Arda Güler səhhətindən danışıb. Bir müddət əvvəl zədələnən yarımmüdafiəçi dünya çempionatnı buraxacağına dair iddialara münasibət bildirib. Metbuat.az xəbər verir ki, TRT-nin suallarını cavablandıran Güler səhhətinin tədricən qaydasına düşdüyünü deyib. 21 yaşlı futbolçu iyunun 11-də start götürəcək dünya çempionatında forma geyinəcəyinə şübhə etmədiyini bildirib:

"Hər ötən gün özümü bir az daha yaxşı hiss edirəm. Komandada ailə mühiti var. İndi bizi ancaq ard-arda qələbə qazanıb azarkeşlərimizi sevindirmək düşündürür. Heyətimiz təcrübəli futbolçulardan formalaşıb. Türk xalqının üzünü güldürəcəyik".

Seçilən
26
metbuat.az

1Mənbələr