AZ

Aİ-ə üzvlük prosesi davam edərsə, neft və yanacaq müqavilələri ləğv ediləcək - Rusiya Ermənistana xəbərdarlıq edib

Rusiya Ermənistana xəbərdarlıq edib ki, əgər ölkənin Avropa İttifaqına üzvlük prosesi davam edərsə, Moskva qaz, neft və yanacaqla bağlı müqavilələri dayandıracaq.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Ermənistanın Aİ-yə üzvlük prosesi davam edərsə, Rusiya qaz, neft məhsulları və işləniləmiş almaz tədarükü ilə bağlı müqavilələri dayandıracaq və ya ləğv edəcək.

Zaxarova Moskvanın mümkün tədbirlər barədə Ermənistan tərəfini rəsmi olaraq məlumatlandırdığını da söyləyib.

Seçilən
10
4
apa.az

6Mənbələr