Yazını böyüt
Yazını kiçilt
Amerikalı mediamaqnat, “Reddit” sosial şəbəkəsinin həmsahiblərindən olan Donald Nyuhaus 96 yaşında vəfat edib.
Hafta.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nyuhauz mayın 26-da Lambertvil şəhərində yerləşən malikanəsində dünyasını dəyişib. Ölüm səbəbinin limfoma (şişin limfa sistemində inkişaf etdiyi onkoloji xəstəlik) olduğu bildirilib.
Qeyd olunur ki, Nyuhauz “Advance Publications” media korporasiyasının sahiblərindən biri olub. Şirkətə “Condé Nast “nəşriyyat evi daxildir. Bu nəşriyyat evi “The New Yorker” həftəlik dərgisini, eləcə də “Vanity Fair”, “Vogue”, “Wired” və digər nəşrləri buraxır. Bundan əlavə, şirkətin mülkiyyətinə “Discovery Channel” telekanalı və “Reddit” portalı da daxildir.