AZ

Overçuk Aİİ sammitində Ermənistana qarşı məhdudlaşdırıcı tədbirləri istisna edir

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqı sammitində Ermənistana qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsini istisna edib.

APA-nın Moskva bürosu xəbər verir ki, Overçuk Ermənistanın Avropa İttifaqına qoşulmaq planları ilə bağlı vəziyyətin rusiyalı investorlar üçün qeyri-müəyyənlik yaratdığını bildirib.

“Biz əlbəttə ki, bundan məmnun deyilik və iqtisadi münasibətlərimizi mümkün qədər tez bir zamanda müəyyənləşdirmək üçün çalışırıq. Buna baxmayaraq, İrəvan həm üstünlüklərin əhatə dairəsindən, həm də digər Aİİ üzv dövlətləri ilə ticarət həcmindən çox yaxşı xəbərdardır”, - Rusiya Baş nazirinin müavini qeyd edib.

Overçuk Ermənistanın Avropa standartlarına və texniki qaydalara keçid üçün fəal şəkildə çalışdığını vurğulayıb: “Bu baxımdan yarana biləcək risklər Qazaxıstanda keçiriləcək Aİİ liderlərinin sammitində də müzakirə olunacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
apa.az

5Mənbələr