AZ

Kağız fabrikində partlayış: 1 nəfər öldü, 9 nəfər yaralandı

ABŞ-nin Vaşinqton ştatındakı kağız və qablaşdırma müəssisəsində kimyəvi maddə çəninin partlaması nəticəsində 1 nəfərin həyatını itirdiyi, 9 nəfərin yaralandığı və daha 9 nəfərdən isə xəbər alınmadığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Vaşinqton ştatının Lonqvyu şəhərində yerləşən "Nippon Dynawave Packaging" adlı kağız və qablaşdırma fabrikində yerli vaxtla saat 07:30 radələrində partlayış baş verib.

Lonqvyu Yanğınsöndürmə İdarəsi partlayışın kağız istehsalı prosesində istifadə olunan və "white liquor" (bəyaz maye) adlandırılan kimyəvi qarışığın olduğu çəndə baş verdiyini açıqlayıb.

Rəsmi şəxslər hadisə yerinin ətrafdakı insanlar üçün hər hansı bir təhlükə yaratmadığını, lakin buna baxmayaraq, vətəndaşların ərazidən uzaq durmalarının vacibliyini ifadə ediblər.

İlkin məlumatlara görə, 1 nəfərin öldüyünü, 8-i şirkət əməkdaşı və 1-i yanğınsöndürən olmaqla 9 nəfərin yaralandığını qeyd edən səlahiyyətlilər, hələlik 9 nəfərlə əlaqə saxlamağın mümkün olmadığı barədə məlumatı paylaşıblar.

Mənbələr tikilidəki uçqun və struktur riskləri səbəbindən hadisə yerində axtarış, xilasetmə və təhlükəsizlik tədbirlərinin davam etdirildiyini bildiriblər.

Seçilən
47
cebheinfo.az

1Mənbələr