Qlobal bazarda "Brent" markalı neft yenidən ucuzlaşıb.
AzNews.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:12-də Londonun ICE birjasında iyul ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 1.52 dollar (1.53%) azalaraq bir barel üçün 98.06 dollar olub. Əvvəlki sessiyada isə "Brent" markalı neft 3.44 dollar (3.6%) bahalaşaraq bir barel üçün 99.58 dollar təşkil etmişdi.