AZ

Seul Tehranı Hörmüzdə Cənubi Koreya gəmisinə hücumda ittiham edir, İran səfiri XİN ə çağırılıb

Apa.az saytına istinadən ain.az xəbər verir.

Hörmüz boğazında Cənubi Koreyanın ticarət gəmisinə hücumun İran tərəfindən törədildiyini düşünürük.

“Yonhap”ın xəbərinə görə, bunu Cənubi Koreyanın xarici işlər nazirinin müavini Park Yun Jo brifinq zamanı deyib.

“Texniki analizlər onu göstərir ki, gəmiyə böyük ehtimalla İran istehsalı “Nur” tipli gəmi əleyhinə raketlərlə hücum edilib”, - nazir müavini qeyd edib.

Məsələ ilə bağlı İran səfiri Cənubi Koreya Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, mayın 4-də Hörmüz boğazında Cənubi Koreyaya məxsus gəmi iki naməlum obyekt tərəfindən vurulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
2
apa.az

3Mənbələr