Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Son dövrlər yaranan "longevity" (sağlam və uzun ömür) trendi özü ilə bərabər yeni təhlükələr də gətirir".
Ölkə.Az xəbər verir ki, Türkiyənin Medipol Meqa Universiteti xəstəxanasınən məsul həkimi Yeganə Kouliyeva Özcan deyib. O, "longevity"nin hər zaman etibarlı olmadığına diqqət çəkib.
"Əslində uzun və sağlam həyat dediyimiz şey ənənəvi və tamamlayıcı tibbi üsulların təməlində uzun illərdir yer alır. Ozon terapiyası, homeopatiya, fitoterapiya, hicama və zəli müalicəsi kimi prosedurlar düzgün şəkildə edildikdə bu prosesin bir parçasıdır.
Ovuc-ovuc vitamin və qida əlavəsi qəbul etmək uzun və sağlam ömür sürməyə dəlalət eləmir. Əvvəllər kimyəvi dərmanlardan istifadə edilirdi, indi isə qida əlavələridir".
Cəmiyyətin adətən xəstələndikdən sonra ənənəvi müalicə üsullarına yönəldiyini deyən həkim bildirib ki, vacib olan xəstələnmədən əvvəl tədbir görülməsidir:
"Heç kim özbaşına qida əlavələrindən istifadə etməməlidir. Aptekdən, ya da internetdən alınan vasitələr faydadan çox zərər verə bilər. Mütləq yoxlanışlar aparılmalı və ehtiyac varsa, həkim nəzarətində istifadə edilməlidir. Təbii ki, sağlam qidalanma və fiziki aktivlik də unudulmamalıdır".
Y.Özcan hər fərdin sağlamlıq vəziyyətinin fərqli olduğunu xatırladıb:
"Birinə yaxşı təsir edən üsul başqası üçün uyğun olmaya bilər. Buna görə də bütün müalicə prosesi fərdə uyğun planlanmalıdır. Ozon terapiyası kimi üsullar da ancaq uyğun görülən xəstələrdə və mütəxəssis həkim tərəfindən tətbiq edilmlədir".
Billlurə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.