AZ

Lempard Qvardiola, Arteta və Emerini geridə qoyub bu mükafatı qazandı

"Koventri Siti"nin baş məşqçisi Frenk Lempard Liqa Menecerləri Assosiasiyası (LMA) tərəfindən "İlin məşqçisi" seçilib.

Fanat.Az xəbər verir ki, məlumatı "The Independent" yayıb.

"Koventri" ötən mövsüm ən yaxın rəqibindən 11 xal öndə olmaqla Çempionşipıb. Aprel ayında isə o, Çempionşipdə mövsümün ən yaxşı məşqçisi seçilib.

Bu uğur Frenkə həmkarlarından daha çox səs qazandırıb. LMA üzvləri 47 yaşlı əfsanəvi ingilisi digər namizədlər - "Arsenal"dan Mikel Arteta, "Mançester Siti"dən Pep Qvardiola, "Aston Villa"dan Unai Emeri, "Bornmut"dan Andoni İraola, "Brentford"dan Kit Endryu, "Linkoln"dan Maykl Skubala və "Brönli"dən Endi Vudmandan daha yüksək qiymətləndirdilər.

Lempara təqdim edilən mükafat Aleks Ferqyusonun adını daşıyır. "Mançester Yunayted"in əfsanəsi səhhətindəki problemlərə görə LMA mərasiminə qatıla bilmədiyi üçün mükafatı Frenkə İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel təqdim edib. Bununla belə, ser Aleksin təbrik mesajı Lemparda və mərasim iştirakçılarına oxunub:

"Əziz Frenk, LMA-da ilin məşqçisi seçilməyin münasibətilə təbrik edirəm. Özünün və komandanın nailiyyətləri ilə fəxr etməlisən. Məşqçi və lider kimi şəxsiyyətin "Koventri"nin bu mövsümkü oyununda çox aydın görünürdü və bu özünəinam möhtəşəm idi. Mən komandanı izləməkdən zövq aldım. Əminəm ki, bu mükafatı qazanmaq sənin üçün çox şey ifadə edəcək. Sənə və komandana gələn mövsüm Premyer Liqada uğurlar arzulayıram".

Seçilən
0
fanat.az

1Mənbələr