AZ

Kasper Şmeyxel karyerasını başa vurdu

style='margin-bottom:10px;'>

Danimarka millisinin və "Seltik"in qapıçısı Kasper Şmeyxel karyerasını başa vurub.

QOL.az xəbər verir ki, bu haqda 39 yaşlı qolkiper özü məlumat yayıb.

O, zədə səbəbindən futbolla vidalaşdığını deyib: "Çiynimlə bağlı bir neçə cərrah və mütəxəssislə məsləhətləşdim və onlar mənə elit futbola qayıtmağı gözləməməli olduğumu dedilər. Bu haqda çox düşündüm, amma düşünürəm ki, indi karyeramı başa vurmaq üçün ən uyğun vaxtdır".

Kasper Şmeyxel 2015/16 mövsümündə "Lester Siti" ilə İngiltərə Premyer Liqasının titulunu qazanıb. O, 2024/25 mövsümündə "Seltik"lə Şotlandiya Premyer Liqasının qalibi olub. Həmçinin Kasper Danimarka millisi ilə Avro-2020-nin bürünc medalını da qazanıb.

Seçilən
42
2
teleqraf.com

6Mənbələr