AZ

Qordon İspaniya nəhənginə keçir - Danışıqlar başladı

"Nyukasl"ın vingeri Entoni Qordon karyerasını İspaniya La Liqasının iddialı klublarından birində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Dario Sport" yayıb. 

Mənbənin məlumatına görə "Barselona" klubu "Bayern Münhen"in, o cümlədən İngiltərə Premyer Liqasının bir neçə digər təmsilçisinin maraqlandığı 25 yaşlı ingilis futbolçu ilə müqavilə imzalamaq uğrunda yarışa qoşulub.

Bu məqsədlə Kataloniya klubunun idman direktoru Deku İngiltərəyə səfər edib və "sağsağanlar"la transfer danışıqlarına başlayıb. Hətta danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyi bildirilir. Transferin dəyəri gözlənilən 70 milyon avrodan da az ola bilər.

"Barselona"nın əsas hədəfi "Atletiko Madrid"in hücumçusu Julian Alvares olaraq qalsa da, paytaxt təmsilçisi ilə danışıqlarda son aylarda irəliləyişin olmaması "Barselona"nı alternativ variant axtarmağa vadar edib.

Qordon bu mövsüm 46 oyuna çıxaraq 17 qol vurub və 5 məhsuldar ötürmə edib.

Mirağa

Seçilən
2
1
fanat.az

2Mənbələr