"Qarabağ"dan ayrılan Elvin Cəfərquliyevin adı həm də "Neftçi" ilə hallanır.
Rekord.az xəbər verir ki, "ağ qaralar"ın onunla çoxdan maraqlandığı iddia olunur.
Bizə isə başqa bir maraqlı məlumat daxil olub. Həmin məlumata görə, bu söhbətlər Yuri Vernidubun da qulağına çatıb və o, məsələyə isti yanaşmayıb. Bunun də səbəbi Elvinin xarakyteridir. Ukraynalı məşqçi intizam baxımından ciddi problem yaşayan futbolçunu komandasında görmək istəmir.