AZ

Ukrayna ordusunu avtomobillərlə o təmin edir

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Niderland Ukrayna ordusunu pikap avtomobillərlə təmin edir. 

“Cebheinfo.az” “Ukraineinform” agentliyinə istinadən xəbər verir ki, Niderland Ukraynanın pilotsuz sistem qüvvələrinə dəstək məqsədilə 60-dan çox “Toyota Hilux” pikap avtomobili göndərib. 

Məlumata görə, bu nəqliyyat vasitələri əsasən dron əməliyyatları, hərbi logistika, radar aşkarlanması və antidron missiyalarında istifadə olunacaq. 

Avtomobillər dəmir yolu vasitəsilə Ukraynaya çatdırılıb və yerində xüsusi avadanlıqlarla təchiz ediləcək. Bu addım Niderlandın Ukraynaya göstərdiyi hərbi yardımın davamı hesab olunur və xüsusilə dron müharibəsi imkanlarının gücləndirilməsinə yönəlib. 

Yunis Abdullayev 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
1
cebheinfo.az

2Mənbələr