sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Lionel Messinin zədələnməsi Argentina millisində ciddi narahatlığa səbəb olub. Sport24.az xəbər verir ki, təcrübəli hücumçu "İnter Mayami"nin "Filadelfiya Union"la qarşılaşmasında fiziki narahatlıq hiss edərək meydanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb.
Məsələ ilə bağlı Argentina yığmasının baş məşqçisi Lionel Skaloni "DSports"a danışıb. O, 37 yaşlı kapitanın durumunu diqqətlə izlədiklərini vurğulayıb:
"Matçı məşq bazasında canlı izləyirdik. Lionel özünü narahat hiss etdi və əvəzlənmək istədiyini bildirdi. İlkin tibbi rəylər elə də qorxulu deyil. Təbii ki, onun hər hansı bir problemlə üzləşməsini istəməzdik. İndi sadəcə bərpa prosesinin necə gedəcəyini gözləməliyik".
Baş məşqçi komandada zədə problemi yaşayan yeganə oyunçunun Messi olmadığını da sözlərinə əlavə edib:
"Onun millinin düşərgəsinə tam hazır gəlməsini arzulayırıq. Lakin bu, təkcə Leoya aid deyil. Hazırda problemi olan bir neçə futbolçumuz var və onlar hələ ideal formada deyillər. Əsas məqsədimiz hamını reabilitasiya prosesindən uğurla çıxarıb, tam hazır vəziyyətə gətirməkdir".
Qeyd edək ki, Argentina millisinin baş məşqçisi dünya çempionatı üçün yekun heyəti yaxın günlərdə açıqlayacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.