“Kəpəz” daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.
Msport.az xəbər verir ki, Gəncə klubu Rəhman Hacıyevlə 1+1 illik müqavilə imzalayıb.
32 yaşlı yarımmüdafiəçi bu ilin yanvarında “Səbail”dən “Kəpəz”ə keçmişdi. O, başa çatan mövsümdə 16 oyunda meydana çıxıb və 2 qol vurub.
Xatırladaq ki, Gəncə təmsilçisi bundan əvvəl Dieqo Verdaska ilə də müqavilənin müddətini artırmışdı.