AZ

Vətəndaşlar üçün təcili kreditləşmə alətlərinin tətbiq edilməsi planlaşdırılır

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

2027–2029-cu illər ərzində Azərbaycanda az miqdarda nağd pula ehtiyacı olan fiziki şəxslər üçün qısamüddətli təcili kreditləşmə alətlərinin təşviq edilməsi nəzərdə tutulur.

“APA-Economics” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Plan çərçivəsində qısamüddətli təcili kreditləşmə üzrə cari vəziyyət təhlil ediləcək, hüquqi çərçivəyə yenidən baxılacaq və ehtiyac yaranacağı halda dəyişikliklər hazırlanacaq.

Yekun nəticədə isə kredit təşkilatları tərəfindən təcili maliyyə ehtiyacları üzrə məsuliyyətli kreditləşmə alətlərinin tətbiq edilməsi planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
5
apa.az

7Mənbələr