İtaliyanın "Roma" klubu qışda "Aston Villa"dan icarəyə götürdüyü Donyel Maleni heyətdə saxlayıb.
QOL.az paytaxt təmsilçisinin saytına istinadən xəbər verir ki, niderlandlı hücumçunun müqaviləsindəki satın almaq bəndi aktivləşdirilib.
26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Niderland millisinin üzvü bu ilin yanvar ayından "Roma"da çıxış edir. O, "canavarlar"ın heyətində A seriyasında 18 oyuna 14 qol vurub.