AZ

Hoteldə qadınların qızıllarını ələ keçirən inzibatçı Həbs olundu

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Lənkəran rayonunda yerləşən hotellərin birində çalışan iki qadına naməlum şəxs kəsici alətlə xəsarət yetirərək zərərçəkənlərin qızıl-zinət əşyalarını ələ keçirib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin hotelin 49 yaşlı inzibatçısı Xalıq Cahangirov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, X.Cahangirov tanınmaması üçün əvvəlcədən iş yerində gizlətdiyi maska və geyimlə kamuflaj olaraq həmin hadisəni törədib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
10
qafqazinfo.az

10Mənbələr