“Barselona”nın keçmiş baş məşqçisi Xavi “Milan”ın baş məşqçisi vəzifəsinə namizəd göstərilib.
Publika.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
“Rossoneri”nin baş məsləhətçisi Zlatan İbrahimoviçin ispan məşqçini bu posta gətirmək istədiyi bildirilir.
Klub rəhbərliyi hücum üslubuna malik məşqçi təyin etmək istəyir.