AZ

ABŞ Tehrandakı mümkün hədəflərin yeni siyahısını hazırlayıb

BAKI, 27 may. TELEQRAF

ABŞ ordusu Vaşinqtonun İrana qarşı hərbi əməliyyatları bərpa etməsi ehtimalı üçün Tehrandakı mümkün hədəflərin yeni siyahısını hazırlayıb.

Teleqraf xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, siyahıya İran daxilində gizli yerləşən və yüksək müdafiə səviyyəsinə malik olduğu üçün məhv edilməsi daha çətin olan obyektlər daxil edilib.

Qeyd olunub ki, Pentaqon tərəfindən belə bir siyahının hazırlanması ABŞ-nin yaxın gələcəkdə mütləq zərbə endirməyə hazırlaşması anlamına gəlmir.

Məlumata əsasən, mümkün zərbələrin həyata keçirilib-keçirilməməsi ABŞ Prezidenti Donald Trumpın İranla bağlı siyasi danışıqlarla əlaqədar verəcəyi qərardan asılı olacaq.

Seçilən
43
teleqraf.com

1Mənbələr