Yeni Zelandiya və İran xarici işlər nazirləri arasında mühüm telefon danışığı baş tutub.
Redaktor.az xəbər verir ki, Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters çərşənbə günü iranlı həmkarı Abbas Əraqçi ilə regional gərginlik və ikitərəfli münasibətləri müzakirə edib.
Məlumata görə, telefon danışığı zamanı İranın xarici işlər naziri Abbas Əraqçi Tehrandakı rəhbərliyin İran və ABŞ arasındakı danışıqlara dair rəsmi baxışını və mövqeyini qarşı tərəfə izah edib.
Uinston Peters iranlı həmkarına Yeni Zelandiyanın regiondakı münaqişəyə təcili olaraq son qoyulmasını istədiyini çatdırıb. O, həmçinin Tehranla Vaşinqton arasında ciddi danışıqların başlaması barədə gələn xəbərləri ölkəsinin müsbət qarşıladığını və alqışladığını vurğulayıb.
Yeni Zelandiyalı nazir istənilən davamlı sülhün yalnız danışıqlar yolu ilə həll, beynəlxalq hüquq normalarına ciddi riayət və strateji əhəmiyyətə malik Hörmüz boğazından maneəsiz naviqasiya azadlığının təmin edilməsi sayəsində mümkün ola biləcəyini bəyan edib.
Aminə ŞAHSUVARQIZI
The Minister spoke with Iran’s Foreign Minister Abbas Araghchi tonight - who provided an update on his perspective on talks between Iran and the United States.
— Winston Peters (@NewZealandMFA) May 27, 2026
The Minister:
- made it clear that New Zealand wanted an urgent end to the conflict;
- noted that we welcomed… pic.twitter.com/pC2k67HxLo