AZ

Mərakeş, Meksika və Serbiya səfirlikləri Azərbaycanı Qurban bayramı münasibətilə təbrik ediblər

Mərakeş, Meksika və Serbiya səfirlikləri Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıblar.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, müvafiq paylaşımlar diplomatik nümayəndəliklərin sosial şəbəkələrdəki səhifələrində edilib.

Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş yazıb: "Bayramınız mübarək! Qoy hər il rifah və sevinc gətirsin".

"Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirik!", - Meksikanın Azərbaycandakı səfirliyinin mesajında deyilir.

Serbiyanın Azərbaycandakı səfirliyi də bütün müsəlmanlara firavanlıq və sevinc dolu bayram arzulayıb.

Seçilən
9
2
missiya.az

3Mənbələr