ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi "Sülh Şurası" fondunun nizamnaməsi imzalandığı gündən bəri donorlardan təşkilatın hesabına bir dollar belə köçürülməyib.
Musavat.com xəbər verir ki, nüfuzlu "Financial Times" qəzetinin yaydığı məlumata görə, təşkilat hazırda dərin siyasi və hüquqi qeyri-müəyyənlik içində sıxışıb qalıb.
Yaranmış bu ciddi böhran səbəbindən Qəzza sektorunun yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulan mühüm layihələr tamamilə gecikir və dondurulmaq təhlükəsi ilə üz-üzədir.
Halbuki, şuraya üzv olan dövlətlər fonda düz 7 milyard dollar maliyyə ayıracaqlarına söz vermişdilər.
Ağ Ev rəhbəri Donald Tramp isə öz növbəsində ABŞ-ın dövlət büdcəsindən bu missiya üçün daha 10 milyard dollar vəsaitin köçürüləcəyini bəyan etmişdi. Lakin kağız üzərində qalan böyük vədlərə baxmayaraq, hazırda nəhəng layihə tam bir iflas astanasındadır.
Musavat.com