BAKI, 27 may. TELEQRAF
Vətən müharibəsindən sonrakı dövrdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müəssisələrində 3800 qaziyə reabilitasiya xidmətləri göstərilib.
Bu barədə Teleqraf-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Onların reabilitasiya potensiallarının reallaşdırılması məqsədilə peşəkar həkim komandası tərəfindən müasir və effektiv reabilitasiya üsulları tətbiq olunub.
Aparılan işlərin nəticəsi olaraq həmin qazilərimizdən artıq 300-dək şəxs reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyublar.
Hazırda digər qazilərimizin reabilitasiyası istiqamətində işlər davam etdirilir.