AZ

Bayram süfrələrində bunlara DİQQƏT edin

Ürək xəstəlikləri ilə mübarizə aparan insanlar üçün bayram süfrələri riskli ola bilər.

Bizim.Media "Ensonhaber"ə istinadla xəbər verir ki, bayram süfrələrində qırmızı ət, xəmir yeməkləri və şirniyyat istehlakına diqqət yetirilməlidir.
 

Mütəxəssislər bildiriblər ki, yeməklərin porsiyalarına nəzarət isə həyati əhəmiyyət daşıyır. Bayram dövründə dəyişən qidalanma vərdişləri, sıx ziyarət proqramları və uzun səfərlər ürək sağlamlığına mənfi təsir göstərə bilər.


Həmçinin xüsusilə hipertoniya, ürək çatışmazlığı, ritm pozğunluğu və damar xəstəliklərindən əziyyət çəkən insanlar bayram müddətində daha diqqətli olmalıdırlar.

Həddindən artıq yeməkdən uzaq durun, çünki normadan artıq yemək ürəyə əlavə yük yaradır.

Qısa müddətdə çox miqdarda qida qəbul etmək təzyiqin yüksəlməsinə, ürəkdöyünməsinə və nəfəs darlığına səbəb ola bilər.

Xüsusilə ürək xəstələrinin ağır, yağlı və duzlu qidalardan uzaq durması tövsiyə olunur.

Şəkər və duz istehlakına diqqət:

Bayram ziyarətləri zamanı təqdim edilən şərbətli şirniyyatlar, şokoladlar və emal olunmuş qidaların nəzarətsiz istehlakı ciddi risk yarada bilər.
 

Xüsusilə diabet və hipertoniya xəstələrinin bu məsələdə ehtiyatlı olması vacibdir. Həddindən artıq duz qəbulu qan təzyiqini artırdığı halda, çox şəkər istehlakı damar sağlamlığına mənfi təsir göstərə bilər.


Mütəxəssislər şirniyyat qəbulunda kiçik porsiyalara üstünlük verilməsini, mümkün olduqda isə südlü desertlərin seçilməsini tövsiyə edirlər.

Bizim.Media

Seçilən
20
1
bizim.media

2Mənbələr