AZ

“Qarabağ”a 4 qol vuran futbolçu “Barselona”ya keçə bilər

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Nyukasl”dan ayrılacağı gözlənilən Entoni Qordon karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Barselona” vingerin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Kataloniya klubunun nümayəndələri oyunçu ilə ilkin danışıqlara başlayıb.

Qordon başa çatan mövsümdə 46 oyunda 17 qol vurub, 5 məhsuldar ötürmə edib.

İngiltərəli futbolçu “Nyukasl”ın Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qalib gəldiyi ilk oyunda (1:6) dörd qol vurmuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
9
futbolpress.az

10Mənbələr