ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyədə qanunsuz miqrantlar saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Çanakkalanın Ayvacık sahillərində qeydə alınıb.
Sahil Mühafizə Xidmətinin əməkdaşları dənizdə hərkətədə olan qayıqda bir qrup miqrantın olduğunu müəyyən edib. Keçirilən tədbirlər nəticəsində Azərbaycan və Əfqanistandan olan aralarından qadın, həmçinin uşaqların da olduğu 31 miqrant saxlanılıb. Məlumata görə, onların 9-u uşaq olub.
Onların dəniz vasitəsilə Avropaya qanunsuz keçmək istədikləri bildirilir.
Miqrantlar Miqrasiya İdarəsinin müvəqqəti saxlama məntəqəsinə təhvil veriliblər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.