Axar.az saytına istinadən ain.az xəbər verir.
NATO Rusiyayla mümkün müharibə halında qüvvələrin Latviya və Estoniyaya sürətlə yerləşdirilməsini sadələşdirəcək yeni struktur sayəsində şərq cinahının müdafiəsini gücləndirəcək.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” iki məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, hazırda alyansın Litva, Latviya, Estoniya və Polşanın şimalındakı qüvvələri Polşanın Şetsin şəhərində yerləşən vahid çoxmillətli qərargahın komandanlığı altındadır.
Planlaşdırılan dəyişikliklər isə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra diqqət mərkəzinə çevrilən Baltik regionunun strateji əhəmiyyətini vurğulayır.
Hərbi rəsmilərdən birinin sözlərinə görə, regionda ikinci korpusun yerləşdirilməsi NATO-ya çox sayda qoşunu sürətlə yerləşdirməyə imkan verəcək. O bildirib ki, bu addım regionun məhdud strateji dərinliyi və həssaslığı nəzərə alınaraq atılır.
Adətən tam hazırlıq vəziyyətində ordu korpusu üç diviziyaya rəhbərlik edir ki, bu da təxminən 40–60 min hərbçi deməkdir.
Mənbələrin məlumatına görə, Almaniya və Niderland NATO ilə koordinasiya çərçivəsində Almaniyanın Münster şəhərində yerləşən Almaniya-Niderland korpusunun Latviya və Estoniyanın müdafiəsinə təyin olunması barədə razılığa gəliblər.
Məqalədə qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın sərt tənqidləri fonunda avropalı müttəfiqlər öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşıyırlar. Tramp yaxın vaxtlarda Avropa NATO üzvlərini İrandakı müharibəyə kifayət qədər dəstək verməməkdə ittiham edib və Vaşinqtonun Almaniyadan 5 min amerikalı əsgəri çıxaracağını açıqlayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.