AZ

Rusiya XİN: Qərbin Starobelsk hadisəsinə münasibəti qəbuledilməzdir

BAKI, 27 may. TELEQRAF

Qərb ölkələrinin Starobelskdə baş vermiş hücumla bağlı reaksiyası qeyri-insani xarakter daşıyıb.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Qərb ölkələrinin nümayəndələri hadisə nəticəsində uşaqların həlak olması ilə bağlı rəğbət ifadə etməkdən belə çəkiniblər:

“Onlar sadəcə uşaqların öldüyünü və bunun faciə olduğunu deyə bilərdilər. Lakin bunu da etmədilər. Hadisə ilə bağlı məlumatlar açıq şəkildə yayımlanıb və gizlədilməyib. Rusiya KİV-ləri hadisə yerində olub, televiziya reportajları, məqalələr və canlı yayımlar təqdim edilib. Bütün məlumatlar ictimaiyyət üçün əlçatan idi".

O, bildirib ki, bəzi Qərb rəsmiləri hadisənin baş verdiyi obyektlərin uşaq müəssisələri olmadığını və orada hərbi məqsədli fəaliyyət göstərildiyini irəli sürüblər. Bu iddialardan sonra xarici jurnalistlərin Starobelskə səfəri təşkil olunub.

Seçilən
43
1
teleqraf.com

2Mənbələr