AZ

Modriç DÇ-2026-dan sonra keriyerasını başa vuracaq

style='margin-bottom:10px;'>

"Milan"ın yarımmüdafiəçisi Luka Modriç DÇ-2026-dan sonra peşəkar futbol karyerasını bitirəcək.

QOL.az xəbər verir ki, bu haqda insayder Nikolo Şira məlumat yayıb.

Xorvatiyalı futbolçu sentyabr ayında 41 yaşına çatacaq. Daha əvvəl Modriçin Milanla müqaviləsini yeniləməyəcəyi və yayda komandadan ayrılacağı bildirilmişdi. O, tezliklə milli komanda ilə karyerasının son dünya kubokuna yollanacaq.

Modriç 2025-ci ilin yayında "Milan"a azad agent kimi qoşulub. Ötən mövsüm yarımmüdafiəçi 37 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
22
teleqraf.com

1Mənbələr