Çeynəmək bədənimiz üçün ən vacib tələblərdən biridir. Çünki çeynəmək qidadakı faydalı maddələrin sərbəst buraxılmasına kömək edir və orqanizmin onları daha effektiv şəkildə mənimsəməsini təmin edir.
Bizim.Media "BBC Türkcə"-yə istinadla xəbər verir ki, 2009-cu ildə aparılan bir araşdırmada 13 sağlam yetkindən kiçik bir ovuc badamı 10, 25 və ya 40 dəfə çeynəmələri istənilib.
Tədqiqatçılar müəyyən ediblər ki, insan qidanı nə qədər çox çeynəyirdisə, bir o qədər az yağ xaric edirdi. Bu isə badamdan enerji mənimsənilməsinin təxminən üçdəbir nisbətində daha yüksək olduğunu göstərir.
Bundan əlavə, 40 dəfə çeynəmək iştirakçıların daha uzun müddət tox qalmasına səbəb olub. 2013-cü ildə aparılan başqa bir araşdırmada 21 iştirakçı bir tikə pizzanı udmazdan əvvəl onu 15 və ya 40 dəfə çeynəyib.
İkinci qrupdakılar aclıq hissində ciddi azalma yaşayıblar. Həmçinin bağırsaqda həzmi tənzimləyən iki hormon — CCK və GIP səviyyələri daha yüksək, “aclıq hormonu” sayılan qrelinin səviyyəsi isə daha aşağı olub.
Buna görə də bir çox diyetoloq və həkim, xüsusilə arıqlamağa çalışan insanlara yeməyi tez udmaq əvəzinə, yavaş və şüurlu şəkildə yeməyi tövsiyə edir.
Həmçinin xüsusilə orta sərtlikdə qidaların çeynənməsi beyinə qan axınını artırır. Bunu yapon tədqiqatçılar saqqız çeynəyən insanlar üzərində apardıqları təcrübələrdə müşahidə ediblər.
Nəzrin Mirzəyeva, Bizim.Media