İsrail baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Ordusunun (İDF) Qəzza zolağına endirdiyi zərbənin hədəfinin HƏMAS hərəkatının hərbi qanadının yeni lideri Məhəmməd Ude olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, İsrail hökumət başçısı bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Biz indicə HƏMAS-ın hərbi qanadının lideri Məhəmməd Udeyə hücum etdik", - deyə Netanyahu bildirib.
Baş nazirin sözlərinə görə, hərəkatın hərbi qanadının rəhbəri 7 oktyabr 2023-cü ildə İsrailə qarşı həyata keçirilən hücumun təşkilində birbaşa iştirak edib.
İsrail Müdafiə Ordusu hələlik onun ölümünü təsdiqləməyib - zərbənin nəticələri və hədəf alınan şəxsin taleyi qeyri-müəyyən olaraq qalır.
Bu arada, "Al Jazeera" telekanalının yerli xəstəxanaya istinadən yaydığı məlumata görə, hücum nəticəsində 3 nəfər həlak olub, 20-dən çox insan isə yaralanıb.
Musavat.com