Böyük Britaniyada may ayı üzrə temperatur rekordu ikinci gün ardıcıl yenilənib.
“The Independent” nəşrinin məlumatına görə, Londonun Hitrou hava limanında və Kyu Kral Botanika Bağında havanın temperaturu +35 dərəcəyə çatıb.
Nəşr qeyd edir ki, bu, ölkə tarixində qeydə alınan ən isti may günüdür. Bir gün əvvəl də temperatur rekordu yenilənmişdi.