AZ

İmişlidə yol qəzası olub, piyada xəsarət alıb

ain.az, Azertag saytına istinadən bildirir.

İmişli, 27 may, AZƏRTAC

İmişli rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 21 radələrində İmişli şəhəri Nəcməddin Savalanov küçəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili tərəfindən piyada vurulub. Xəsarət alan şəxs İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müxbir-Aydın Yavərzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
4
azertag.az

5Mənbələr