AZ

Albaniyanın Aİ-yə üzvlüklə bağlı aralıq meyarları yerinə yetirdiyi təsdiqlənib

Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı Aİ ilə Albaniya arasında səkkizinci qoşulma iclası çərçivəsində Tirananın "Birinci klaster: əsaslar" adlandırılan aralıq meyarları yerinə yetirdiyi təsdiqlənib.

"Report"un Balkan bürosunun məlumatına görə, bu klaster, əsasən, demokratik institutların fəaliyyəti, dövlət idarəçiliyi islahatları, qanunun aliliyi ilə bağlı fəsillər və iqtisadi meyarları əhatə edir.

Qeyd edək ki, tərəflər arasında sonuncu belə görüş 2025-ci il noyabrın 17-də "Resurslar, kənd təsərrüfatı və uyğunlaşma" klasteri üzrə keçirilib. Son görüşdə Aİ və Albaniya danışıqlar fəslini sonlandırmağa başlama imkanı əldə edəcəklər.

Bəyanatda bildirilib ki, Aİ qanunvericiliyinə və müvafiq Avropa standartlarına uyğunlaşma və onların icrası istiqamətində irəliləyişlərin monitorinqi danışıqlar boyu davam etdiriləcək.

Xatırladaq ki, 2020-ci ildə Aİ-yə qoşulma danışıqları üçün yenilənmiş metodologiyanın tətbiqindən sonra danışıq fəsilləri "Əsaslar", "Daxili bazar", "Rəqabət qabiliyyəti və inklüziv inkişaf", "Yaşıl gündəm və dayanıqlı əlaqəlilik", "Resurslar", "Kənd təsərrüfatı və uyğunlaşma" və "Xarici əlaqələr" olmaqla, altı klasterə bölünüb.

"Əsaslar" klasteri danışıqlarda ilk açılan və son bağlanan klasterdir və bu klaster üzrə irəliləyiş danışıqların ümumi tempini müəyyən edir.

Seçilən
71
far.az

1Mənbələr