AZ

Kenan Yıldız qərarını verdi: Gedir, ya qalır?

İtaliya A Seriyasında "Yuventus"un formasını geyinən Türkiyə millisinin gənc istedadı Kənan Yıldız karyerasında ciddi bir addım atmaq ərəfəsindədir.

Fanat.Az "Juve Central" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı hücumçunun Turin təmsilçisindən ayrılmaq variantına kifayət qədər müsbət baxdığı iddia olunur.

Türkiyəli ulduzun gələcək karyerası ilə bağlı əsas tələbi isə yeni komandasının mütləq şəkildə UEFA Çempionlar Liqasında mübarizə aparmasıdır. Cari mövsümdə "qoca sinyora"nın heyətində nümayiş etdirdiyi cəsarətli və texniki oyun tərzi ilə diqqət çəkən gənc futbolçunun bu qərarı, Avropanın bir çox nəhəng klublarını hərəkətə keçirib.

Turin klubunun rəhbərliyi isə 10 nömrəli formanı etibar etdiyi oyunçunu asanlıqla buraxmaq niyyətində deyil və transfer şərtlərini çətinləşdirməyi planlaşdırır.

Seçilən
1
1
fanat.az

2Mənbələr