AZ

300 bal toplayan Gülay və Emini TANIYAQ

Aprelin 26-da keçirilmiş buraxılış imtahanında Abşeron və Sumqayıt ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri yüksək nəticə əldə ediblər.

Redaktor.az-ın məlumatına görə, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsinin feysbuk səhifəsində paylaşım edilib. 

Bildirilib ki, Abşeron rayonunun Qobu qəsəbə 1 saylı tam orta ümumtəhsil məktəbinin şagirdi Gülay Ruslan qızı Abdullayeva və Sumqayıt şəhər təbiət elmləri təmayüllü gimnaziyasının şagirdi Emin Elman oğlu Abdullah maksimum nəticə göstərərək 300 bal toplayıblar.

"Şagirdlərimizi, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edir, gələcək təhsil həyatlarında yeni uğurlar arzulayırıq", - deyə paylaşımda qeyd olunub. 

 

Seçilən
98
redaktor.az

1Mənbələr