Ayna saytından alınan məlumata görə, ain.az bildirir.
İnvestorlar danışıqların pozulmasından qorxurlar
ABŞ-ın İran ərazisinə hücumları münaqişəyə son qoymaq və Hörmüz boğazının açılması üçün mümkün razılaşma ətrafında qeyri-müəyyənliyi artırdıqdan sonra “Brent” markalı xam neftin qiyməti 2%-dən çox artıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumatda deyilir: "ABŞ-ın İranın cənubuna hava hücumları başlatmasından sonra “Brent” neftinin fyuçersləri 2,36 dollar və ya 2,5% artaraq bir barel üçün 98,50 dollara çatıb".
Bazarlar Vaşinqton və Tehran arasında tez bir zamanda sülh razılaşması əldə etməyə ümid edirdilər. Lakin ABŞ dövlət katibi Marko Rubio danışıqların "daha bir neçə gün" çəkə biləcəyini söyləyib.
İsrailin “Hizbullah” hədəflərinə hücumları isə bazara təzyiq artırıb. Analitiklər qeyd edirlər ki, ABŞ-İran razılaşmasında irəliləyiş barədə məlumatlara baxmayaraq, investorlar danışıqların pozulmasından qorxurlar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.