AZ

Oman sahillərində tanker atəşə tutulub

Oman sahilləri yaxınlığında tanker atəşə tutulub.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, tanker kapitanı gəminin sol bortunun arxa hissəsində, su xəttinə yaxın ərazidə xarici partlayış baş verdiyini bildirib.

Hadisədən sonra yanacaq sızması qeydə alınıb. Ekipajın və gəminin təhlükəsiz vəziyyətdə olduğu qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
23
2
apa.az

3Mənbələr