AZ

CENTCOM "Azadlıq layihəsi" əməliyyatının bərpa olunması ilə bağlı məlumatı təkzib edib - YENİLƏNİB

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hörmüz boğazından keçən kommersiya gəmilərini yenidən müşayiət etməsi və ya onlara dəstək göstərməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.

"Azadlıq layihəsi" əməliyyatı bərpa olunmayıb və ABŞ Silahlı Qüvvələri hazırda Hörmüz boğazından keçən kommersiya gəmilərini müşayiət etmir", - bəyanatda qeyd olunub.

ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) kommersiya gəmilərinin Hörmüz boğazından müşayiətini bərpa edib.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazıb.

Məlumata görə, 2 milyon barel neftlə yüklənmiş yunan supertankeri ABŞ HDQ-nin müşayiəti ilə Oman sahillərindəki dəniz dəhlizi ilə hərəkət edib.

Gəmi mart ayının əvvəlindən Fars körfəzində idi, hazırda isə o Hindistana üzür. Nəşrin məlumatına görə, yaxın günlərdə ABŞ hərbçiləri tanker və konteyner daşıyan gəmilər də daxil olmaqla təxminən 10 gəmiyə dəstək göstərməyi planlaşdırırlar. Bu addım may ayının əvvəlində dayandırılmış "Project Freedom" əməliyyatının yenidən bərpasına cəhd kimi qiymətləndirilir.

Seçilən
51
far.az

1Mənbələr