AZ

Xarici nömrə nişanlı avtomobilin sürücüsü təcili tibbi yardıma yol vermədi VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Təcili tibbi yardım maşınına yol verməyən sürücü görüntülənib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində baş verən hadisə kameraya düşüb.

Belə ki, təcili tibbi yardım maşını sayrışan işıqları və səs siqnalını yandıraraq  içərisində ağır xəstəni xəstəxanaya çatdırmağa çalışıb. Lakin Belarus dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təcili tibbi yardım maşınına yol vermək əvəzinə onun qarşısında qəfil və təhlükəli zolaqdəyişmə manevrləri etməyə başlayıb.

O, sürəti artıraraq ağır xəstə daşıyan maşınının önünə keçib, tibb işçiləri onu ötüb keçməyə çalışdıqda isə yenidən zolağı dəyişərək onların hərəkətinə maneə yaradıb. Tibb personalının avtomobili bir neçə dəfə ötmə etmək cəhdləri uğursuz olub – sürücü israrla təcili yardımın qarşısını kəsməyə davam edib.

Hadisənin əks olunduğu kadrlar sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilər hüquq-mühafizə orqanlarını bu sürücünün tapılması və ciddi şəkildə cəzalandırılması üçün hərəkətə keçməyə çağırıblar. Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
avtosfer.az

1Mənbələr