Yazını böyüt
Yazını kiçilt
Xarici İşlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının "“BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclası çərçivəsində Çexiya xarici işlər naziri Petr Macinka ilə görüşüb.
Hafta.az xəbər verir ki, görüşdə tərəflər ölkələrin strateji tərəfdaşlığı çərçivəsində siyasi, iqtisadi, enerji və humanitar sahələrdə, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Nazirlər həmçinin son regional və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparıblar.