“Liverpul”dan ayrılmağa hazırlaşan Endryu Robertsonun karyerasını İtaliyada davam etdirmək ehtimalı yaranıb.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, şotlandiyalı müdafiəçi ilə “Yuventus” ciddi maraqlanır və Turin klubu transfer üçün danışıqlara başlayıb.
Daha əvvəl Robertsonun “Tottenhem”lə prinsipial razılığa gəldiyi bildirilsə də, indi “Yuventus”un bu keçidi əngəlləməyə çalışdığı qeyd olunur