AZ

Azərbaycan və Qırğızıstan XİN rəhbərləri əməkdaşlığı müzakirə ediblər

BAKI, 26 may. TELEQRAF

Azərbaycan Qırğızıstanla sıx tərəfdaşlığın dərinləşdirilməsinə, regional inkişaf və əməkdaşlıq üzrə ortaq məqsədlərimizin irəlilədilməsinə sadiq olaraq qalır.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Nyu-Yorka səfəri çərçivəsində qırğızıstanlı həmkarı Jeenbek Kulubayev ilə görüşündə qeyd olunub.

"Nazirlər Azərbaycan-Qırğızıstan gündəliyinin əsas aspektləri, o cümlədən ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların icrası, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar", - Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında edilən paylaşımda bildirilib.

Seçilən
23
4
teleqraf.com

6Mənbələr